Bu gün Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda2018-ci ildə çıxdığı 4-cü yoxlama matçında Qırğızıstan yığmasını qəbul edib.
Qıpçaq türkləriylə qarşılaşma "Qarabağ”ın çalışdırıcısının yığmanın "sükanı arxası"nda 4-cü sınağı olub. Qırğızlarla görüşədək Moldova və Makedoniya ilə görüşlərdə heç-heçə, Belarusla matçda yenilgi görən mütəxəssis yetirmələrinin Asiya təmsilçisinə vurduğu 3 cavabsız qola sevinib.
Daha öncə seçməmiz bu rəqib üzərində iki dəfə qələbə qazanmış, bir dəfə "sülh”ə razılaşmışdı.
Qeyd edək ki, yığmamız iyunun 5-də Qazaxıstan, 4 gün sonra Latviya ilə də yoldaşlıq oyunu keçirəcək.
Yoxlama oyunu
29 may
Azərbaycan - Qırğızıstan 3:0
Qol: Maksim Medvedev, 18; Mahir Mədətov 74; Ürfan Abbasov, 84
Hakimlər:Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə).
Bakı Olimpiya Stadionu.
Azərbaycan: 23. Səlahət Ağayev, 5. Maksim Medvedev (k), 15. Ruslan Abışov, 4. Pavel Paşayev, 26. Ürfan Abbasov, 2. Qara Qrayev, 8. Emin Mahmudov, 25. Cavid İmamverdiyev, 9. Namiq Ələsgərov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 17. Rəhman Hacıyev, 18. Coşqun Diniyev, 19. Amil Yunanov, 22. Mahir Mədətov, 28. Ufuk Budak, 30. Rahil Məmmədov
Baş məşqçi: Qurban Qurbanov
Qırğızıstan: 16. Valeri Kaşuba, 3. Tamirlan Kozubayev, 5. Kursanbek Şeratov (k), 8. Aziz Sıdıkov, 10. Mirlan Murzayev, 11. Bekjan Saqınbayev, 12. Avazbek Otkeyev, 18. Kayrat Jırqalbekuulu, 20. Baxtiyar Duyşobekov, 21. Farxat Musabekov, 23. İslam Şamşiyev
Ehtiyat oyunçular: 1. Kalısbek Akimaliyev, 2. Amanbek Manıbekov, 6. Şerzot Şakirov, 7. Odiljon Abduraxmanov, 9. Alimardon Şukurov, 13. Kutman Kadırbekov, 14. Pavel Sidorenko, 15. Murolimjon Axmedov, 17. Atai Dzumaşev, 19. Roman Levçenko, 22. Mustafa Yusupov
Baş məşqçi: Aleksandr Krestinin
Fanat.Az