"Qəbələ"nin baş məqçisi Roman Qriqorçuk ölkə kubokunun finalında "Keşlə"yə məğlubiyyətdən sonra (0:1) istefa verdi. Boş qalan post üçün daha çox Samir Abasovun adı çəkilir.
Klubun baş meneceri Zaur Əzizov "FutbolPress"ə açıqlamasında bildirib ki, bu məsələyə sabah aydınlıq gələcək: "Klub olaraq bütünlüklə kubokun finalına köklənmişdik. Nəticənin bu cür olması təbii ki, planlarımıza da pis təsir etdi. Qalib gəlsəydik, ehtimal ki, indi yeni baş məşqçi məsələsi yox, Roman Qriqorçukla danışıqlar davam edirdi.
Yeni baş məşqçinin adı sabah məlum olacaq. Bununla bağlı müzakirə ediləcək, ola bilər ki, yekun qərar da olsun".
Fanat.Az