"Fənərbaxça"nın prezidenti Aykut Kocaman istefa verib.
Fanat.Az xəbər verir ki, Aziz Yıldırımın dövründə komandaya gələn mütəxəssis Ali Koçun prezident seçilməsindən sonra bu addımı atıb. Yeni prezidentin sabah vəzifəsinin icrasına başlamasından sonra baş məşqçi ilə bağlı qərar verəcəyi deyilir.
Qeyd edək ki, bənzər hadisə "Qalatasaray"da da baş vermişdi. Belə ki, bu ilin yanvarında Dursun Özbekin yerinə prezident seeçilən Mustafa Cengizin gəlişindən sonra Fatih Terim etika naminə istefa vermiş, amma yeni prezident onunla yola davam etmişdi.
Fanat.Az