21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Macarıstanla yoxlama görüşündə üz-üzə gəlib.
Bir neçə gün əvvəl Qazaxıstanda yerli komanda ilə bərabərə qalan (1:1) U-21 yığmamız rəqibini "Dalğa Arena”da qəbul edib. Komandamız iki dəfə iki top fərqi ilə geri düşsə də, sonda meydanı bərabərliklə tərk edib - 3:3.
Yoldaşlıq görüşü
8 iyun
Azərbaycan (U-21) - Macarıstan (U-21) 3:3
Qollar: Ehtiram Şahverdiyev, 49. Renat Dadaşov, 67. Anton Krivotsyuk, 71 - Qabor Makray, 29. Atilla Haris, 37. Matias Tayti, 52.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 6. Qismət Alıyev, 13. Hacıağa Hacılı, 16. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 17. Ozan Can Kökcü, 9. Fəhmin Muradbəyli, 7. Ehtiram Şahverdiyev.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. Abdulla Seyidəhmədov, 25. İbrahim Hüseynov, 28. Şakir Seyidov, 5. Elvin Sərkərov, 11. Fərid Nəbiyev, 8. İlkin Muradov, 18. Murad Mahmudov, 10. Renat Dadaşov, 27. Toral Bayramov, 26. Amin Seydiyev, 20. Ömər Buludov.
Baş məşqçi: Rəşad Sadıqov.
Macarıstan: 1. Adam Zima, 2. Bense Pavkovics, 3. Atilla Şalay, 5. Akos Keskes (k), 6. Giorgi Hursan, 7. Matias Tayti, 8. Atilla Haris, 9. Norbert Kundrak, 14. Kristof Hinora, 16. Bense Bano-Şabo, 17. Qabor Makray.
Ehtiyat oyunçular: 12. Tot Balaş, 4. Norman Şabo, 10. Bense Şabo, 11. Andres Şafer, 13. Bense Georgi, 15. Peter Peter Forqaş.
Baş məşqçi: Mixael Boris.
Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov.
Bakı. "Dalğa Arena”.
Fanat.Az