Aleksandr Səmədov atasının təkidi ilə Rusiya yığmasını seçib.
Fanat.Az xəbər verir ki, bu barədə TASS agentliyinin Rusiya yığmasının heyətində dünya çempionatında iştirak edəcək azərbaycanlı futbolçu ilə bağlı geniş yazı dərc olunub.
Məqalədə yarımmüdafiəçinin vaxtilə Azərbaycan və Rusiya yığmaları arasında etdiyi seçiminə də toxunulub. Bildirilir ki, atası Sergeyin azarkeşlik etdiyi Moskva "Spartak”ının yetirməsi olan Aleksandr məhz onun təkidi ilə Rusiya yığmasının formasını geyinib: "Hələ 2009-cu ildə yığmanın baş məqçisi Qus Hiddink onun oyununu qeyd edir və namizədlər arasında göstərirdi. Lakin məsələ dəvət almağa qədər gedib çıxmadı. Bunun fonunda, futbolçunun atasının mənşəyi nəzərə alınaraq, ona Azərbaycan yığmasında çıxış etməklə bağlı israrlı təkliflər gəlməkdə idi. Səmədov isə hər dəfə rədd cavabı verirdi. Özü də bunu atası təkid edirdi. O istəyirdi ki, oğlunun Rusiya millisinin heyətində dünya və ya Avropa çempionatında oynamaq imkanı olsun. Bundan əlavə, Aleksandr Rusiya çempionatında legioner sayılmaq istəmirdi”.
Qeyd edək ki, Aleksandr Səmədov 2003-cü ildə "AVRO-2004"ün seçmə mərhələsində Finlandiya ilə oyuna hazırlıq ərəfəsində baş məşqçi Əsgər Abdullayev tərəfində Azərbaycan millisininə dəvət alıb. Lakin təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirməyə rəqib tapılmadığı üçün onun yığmadakı debütü baş tutmayıb. Səmədov daha sonra Azərbaycan millisinə gəlməkdən imtina edib.
Fanat.Az