İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə qərarı Krasnodarda keçirilən mətbuat konfransında İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales açıqlayıb.
"Baş məşqçinin xidmətindən imtina etmək məcburiyyətindəyik. Ona işlərində uğurlar arzulayırıq” – deyə, federasiya rəhbəri bildirib.
Ötən gün Lopeteqinin dünya çempionatının ardından "Real”ın yeni baş məşqçisi olacağı açıqlanmışdı. Bu qərar İspaniya Futbol Federasiyasının rəhbərliyi tərəfindən qəzəblə qarşılanmışdı.
İspaniya Futbol Federasiyası yığmanın yeni baş məşqçisinin adını açıqlayıb. Fernando Yerro dünya çempionatında "matadorlar”a rəhbərlik edəcək.
O, daha öncə millidə idman direktoru vəzifəsini tuturdu. Yerro bu gün əvvəlcə mətbuat konfransı keçirəcək, ardından isə komandanı ilk məşqə çıxaracaq.
Qeyd edək ki, Xulen Lopeteqi üç həftə öncə yığma ilə olan müqaviləsini 2020-ci ilə qədər uzatmışdı.
Fanat.Az