Rusiyada keçirilən dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün E qrupunda II turun oyunları keçirilib.
Əvvəlcə meydana Braziliya və Kosta Rika milliləri çıxıb. Braziliyalılar ilk turda İsveçrə ilə "sülh" bağlamış (1:1), Kosta Rika isə Serbiyaya minimal hesabla yenilmişdi. 90 dəqiqə ərzində Braziliya dəfələrlə qola yaxın olsa da, hesab əlavə vaxtda açılıb. 90+1-ci dəqiqədə Filipe Koutinyo ilk qolu vurub. 90+8-ci dəqiqədə isə Neymar fərqlənib.
Qrupun digər matçında Serbiya və İsveçrə milliləri qarşılaşıb. Serbiya ilk matçdan sinra turnir cədvəlinə başçılıq edir, İsveçrənin bir xalı var idi. Hesabı 6-cı dəqiqədə Aleksandr Mitroviç açıb. 52-ci dəqiqədə Qranit Xaka bərabərliyi təmin edib. Son dəqiqədə isə Xerdan Şakiri qələbə qolunu vurub.
DÇ-2018
E qrupu
II tur
22 iyun
Braziliya - Kosta Rika 2:0
Qollar: Filipe Koutinyo, 90+1. Neymar, 90+8.
Braziliya: 1. Alisson, 2. Tiaqo Silva (k), 3. Miranda, 5. Kasemiro, 9. Qabriel Xesus (17. Fernandinyo, 90+3), 10. Neymar, 11. Filipe Koutinyo, 12. Marselo, 15. Paulinyo (20. Firmino, 68), 19. Villian (7. Duqlas Kosta, 46), 22. Faqner.
Ehtiyat oyunçular: 16. Kassio, 23. Ederson, 4. Jeromel, 6. Filipe Luis, 8. Renato Auqusto, 13. Markinyos, 18. Fred, 21. Tayson, 14. Danilo.
Baş məşqçi: Tite.
Kosta Rika: 1. Keylos Navas, 2. Conni Akosta, 3. Cankarlo Qonzales, 5. Selso Borxes, 6. Oskar Duarte, 8. Brayan Ovyedo, 10. Brayan Ruis (k), 11. Yohan Veneqas, 16. Kristian Qamboa (15. Fransisko Kalvo, 75), 20. David Quzman (17. Eltsin Teyeda, 83), 21. Marko Urenya (7. Kristian Bolanyos, 54).
Ehtiyat oyunçular: 18. Patrik Pemberton, 23. Leonel Moreyra, 4. Yan Smit, 9. Daniel Kolindres, 12. Joel Kempbell, 13. Rodni Uolles, 14. Rendall Asofeyfa, 19. Kendall Uoston, 22. Kennyer Qutyerres.
Baş məşqçi: Oskar Ramires.
Sarı vərəqələr: Neymar, 81. Filipe Koutinyo, 81 - Conni Akosta, 84.
Baş hakim: Byorn Kunpers (Hollandiya).
Sankt Peterburq. Krestovski stadionu.
Serbiya - İsveçrə 1:2
Qollar: Aleksandr Mitroviç, 6 - Qranit Xaka, 52. Xerdan Şakiri, 90.
Serbiya: 1. Vladimir Stoykoviç, 3. Duşko Toşiç, 4. Luka Milivoyeviç (18. Nemanya Radonyiç, 81), 6. Branislav İvanoviç, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 11. Aleksandr Kolarov (k), 15. Nikola Milenkoviç, 17. Filip Kostiç (22. Adam Lyayiç, 64), 20. Sergey Milinkoviç-Saviç, 21. Nemanya Matiç.
Ehtiyat oyunçular: 12. Predraq Raykoviç, 23. Marko Dmitroviç, 2. Antonio Rukavina, 5. Uroş Spayiç, 7. Andriya Jivkoviç, 8. Aleksandr Priyoviç, 13. Miloş Velkoviç, 14. Milan Rodiç, 16. Marko Qruyiç, 19. Luka Yoviç.
Baş məşqçi: Mladen Krstaiç.
İsveçrə: 1. Yan Zommer, 2. Ştefan Lixtştayner (k), 5. Manuel Akandji, 9. Haris Seferoviç (18. Mario Qavranoviç, 46), 10. Qranit Xaka, 11. Valon Bexrami, 13. Rikardo Rodriges, 14. Stiven Suber (19. Yosip Drmiç, 90+4), 15. Blerim Cemaili (7. Brel Embolo, 73), 22. Fabian Şer, 23. Xerdan Şakiri.
Ehtiyat oyunçular: 12. İvon Mvoqo, 21. Roman Burki, 3. Jak-Fransua Mubandje, 4. Niko Elvedi, 6. Mixail Lanq, 8. Remo Froyler, 16. Jelson Fernandeş, 17. Denis Zakariya, 20. Yoan Curu.
Baş məşqçi: Vladimir Petkoviç.
Sarı vərəqələr: Sergey Milinkoviç-Saviç, 34. Luka Milivoyeviç, 39. Nemanya Matiç, 45+2. Aleksandr Mitroviç, 87 - Xerdan Şakiri, 90+4.
Baş hakim: Feliks Brix (Almaniya).
Kalininqrad. Kalininqrad stadionu.
1 |
Braziliya |
2 |
1 |
1 |
0 |
3:1 |
4 |
2 |
İsveçrə |
2 |
1 |
1 |
0 |
3:2 |
4 |
3 |
Serbiya |
2 |
1 |
0 |
1 |
2:2 |
3 |
4 |
Kosta Rika |
2 |
0 |
0 |
2 |
0:3 |
0 |
Fanat.Az