Rusiyada keçirilən dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün D qrupunun ikinci oyunu keçirilib.
Bu qarşılaşmada Nigeriya və İslandiya milliləri qarşılaşıb. Nigeriya ilk turda Xorvatiyaya 0:2 hesabı ilə yenilmişdi. "AVRO-2014"ün süpriz komandası hesab olunan İslandiya isə güclü Argentina ilə matçdan bir xalla ayrılmışdı (1:1).
Bu qrupun ilk oyununda Xorvatiya Argentinanı 3:0 hesabı ilə yenərək 1/8 finala vəsiqə qazanıb. İslandiya bu gün qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə şansını artıra bilərdi. Amma bu baş verməyib və nigeriyalılar 2:0 hesablı qələbə qazanıb. Bu nəticə Argentinanı da növbəti mərhələyə ümidləndirib.
DÇ-2018
D qrupu
II tur
22 iyun
Nigeriya - İslandiya 2:0
Qollar: Ahmed Musa, 49; 75.
İstifadə olunmayan penalti: Qilfi Siqurdsson, 83.
Nigeriya: 23. Fransis Uzoho, 2. Brayan İdovu (21. Tiron Ebuehii, 46), 4. Vilfrid Ndidi, 6. Leon Baloqun, 5. Uilyam Trost-Ekonq, 7. Ahmad Musa, 8. Oqenekaro Etebo (18. Aleks İvobi, 90), 10. Con Obi Mikel (k), 11. Viktor Mozes, 14. Keleçi İhenaçço (9. Odion İqalo, 85), 22. Kennet Omeruo.
Ehtiyat oyunçular: 1. Ezenva İkeçukvu, 3. Elderson Eçicile, 12. Abdullahi Şeku, 16. Daniel Akpeyi, 13. Simeon Nvankvo, 15. Joel Obi, 17. Oqenyi Onazi, 19. Con Oqu, 20. Çidozi Avazyem Kollins.
Baş məşqçi: Gernot Ror.
İslandiya: 1. Hannes Halldourson, 2. Birkir Sevarsson, 6. Raqnar Siqurdsson (5. Sverrir İnqason, 65), 8. Birkir Byadnason, 10. Qilfi Siqurdsson, 11. Alfred Finnboqason, 14. Kari Arnason, 17. Aron Qyunnarsson (k) (23. Ari Skulason, 87), 18. Herdur Maqnusson, 19. Rurik Qislason, 22. Yon Bedvarsson (9. Byorn Siqurdson, 71).
Ehtiyat oyunçular: 13. Runar Aleks Runarsson, 12. Frederik Şram, 7. Yohan Qvyudmundsson, 20. Emil Hallfredsson, 3. Samuel Fridyonsson, 15. Holmar Eyuyolfsson, 16. Olafur Skulason, 21. Arnor Traustason, 4. Albert Qudmundsson.
Baş məşqçi: Heymir Hadlqrimsso.
Sarı vərəqə: Brayan İdovu, 44.
Baş hakim: Mattey Konger (Yeni Zellandiya).
Volqoqrad. Volqoqrad Arena.
1 |
Xorvatiya |
2 |
2 |
0 |
0 |
4:0 |
6 |
2 |
Nigeriya |
2 |
1 |
0 |
1 |
2:2 |
3 |
3 |
İslandiya |
2 |
0 |
1 |
1 |
1:3 |
1 |
4 |
Argentina |
2 |
0 |
1 |
1 |
1:4 |
1 |
Fanat.Az