Zimbabve yığmasının futbolçusu Xama Billiatın "Qarabağ" variantına birdəfəlik son qoyulub.
Fanat.Az xəbər verir ki, hücumçu karyerasını Avropada deyil, Cənubi Afrikada davam etdirəcək. 27 yaşlı futbolçu "Kayzer Çifs” klubu ilə iki illik müqavilə bağlayıb. Bu haqda klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, Billiatın Cənubi Afrika klubunu seçməsi gözlənilməz olub. Buna qədər onun karyerasını Avropada davam etdirəcəyi ehtimal edilirdi. CAR-in digər Premyer Liqa təmsilçisi "Mamelodi "Sandaunz" klubunda oynayan 28 yaşlı Billiatın adı hələ qış fasiləsindən "Qarabağ" ətrafında hallanırdı.
Fanat.Az