I divizionun VII turunun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, FİFA referisi, Premyer Liqaya təyinat almayan Anar Salmanov bu tur "Neftçala" - "Şuşa" oyununu idarə edəcək.
Lider "Araz"ın "Lokomotiv"lə oyunu Ziya Nəsirova tapşırılıb. İkinci pillədə qərarlaşmış "Qaradağ"ın MOİK-lə qarşılaşmasını Alik Yusifov idarə edəcək. "Ağsu" - "Energetik" matçında isə qadın referi - Venera Kahriç fit çalacaq.
26 oktyabr
Qaradağ - MOİK
Hakimlər: Alik Yusifov, Habil Əliyev, Ruslan Babayev, Elxan Müslümov.
Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Neftçala - Şuşa
Hakimlər: Anar Salmanov, Roman Vasilyev, Elşən Durmuşov, Tağı Məmmədov.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.
Mil-Muğan - Karvan
Hakimlər: Camaləddin Hacıyev, Şakir Quliyev, Elman Kərimov, Şahin İsayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
27 oktyabr
Göyəzən - Kəpəz
Hakimlər: Xəlil Hüseynli, Tural Bayramov, Mahir Alferinov, Kərim Kərimov.
Qazax şəhər stadionu.
Araz - Lokomotiv
Hakimlər: Ziya Nəsirov, Hüseyn İmanov, Mirzə Fərzəliyev, Fərid Məmmədov.
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu.
Turan-T - Bakılı
Hakimlər: Elgün Hüseynov, Müslüm Əliyev, İftixar Qəniyev, Rəşad Əhmədov.
Tovuz şəhər stadionu.
Ağsu - Energetik
Hakimlər: Venera Kahriç, Ülviyyə Mustafayeva, Elxan Əsgərzadə, Kənan Məlikov.
Ağsu şəhər stadionu.
28 oktyabr
Şəmkir - Şahdağ
Hakimlər: Ramiz Məhərrəmov, Azad Hüseynov, Cavanşir Yusifov, Anar Göyçayski
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu
Bütün oyunlar saat 15.00-da başlayacaq.
Fanat.az