Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Aue” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, II Bundesliqa təmsilçisi aşağı liqa klubu "Limbax-Oberfrona” ilə qarşılaşıb. Oyun "Aue"nin 17:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nazarov bu matçda het-trik edib. O, komandanın heyətində ən çox qol vuran futbolçu olub.
Fanat.Az