Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Aue" klubu növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, II Bundesliqa təmsilçisi aşağı liqa klubu "Vildenşteyner”lə qarşılaşıb. Oyun "Aue"nin 25:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça start heyətində başlayan Nazarov bir hissə meydanda olub. Bundan əvvəlki sınaq matçında het-trik edən futbolçumuz bu dəfə fərqlənə bilməyib.
Fanat.Az