"Riçard Almeyda obyektiv səbəbdən demək olar 50 gün məşq etməyib və buna uyğun olaraq formasını yığmaq üçün daha çox vaxt lazım olacaq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Astana”nın baş məşqçisi Roman Qriqorçuk deyib.
Qriqorçuk transfer etdikləri "Qarabağ"ın digər sabiq üzvü Pedro Enrike ilə bağlı da danışıb: "Pedro "Qarabağ”da vacib rol oynayırdı. Onu yaxşı tanıyıram. Çox ciddi Avropa futbol məktəbi keçib, Fransa, İsveçrə, Yunanıstanda, eləcə də Çempionlar Liqasında gözəl oyunlar göstərib. Onun hazırda bizimlə olması çox ciddi uğurdu".
Fanat.Az