Ərdoğanla azərbaycanlı idmançının səmimi söhbəti - VİDEO
İyulun 10-da Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şəhidlər xiyabanına ziyarəti zamanı maraqlı anlar yaşanıb.
Fanat.Az xəbər verir ki, burada kikboks üzrə 9 qat dünya çempionu, 3 qat Avropa çempionu, Fövqəladə Halar Nazirliyinin əməkdaşı, mayor Araz Musayev Ərdoğanla görüşüb. İdmançı bildirib ki, Azərbaycan və Türkiyə uğrunda şəhid olmağa hazırdır: "Bax gördüyünüz bu xiyaban ki var, sizin bir əmrinizlə burada yatmağa hazıram”.
Səmimi şəraitdə keçən görüş zamanı Ərdoğan azərbaycanlı idmançıya: "Səni doğan anaya halal olsun, ona salam söylə” deyərək, ehtiramını ifadə edib.