"Qarabağ"a keçməkdən imtina edən Kristian Paskuato karyerasını Rusiyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, Polşanın "Legiya" klubunun yarımmüdafiəçisi Moskva "Spartak"ının maraq dairəsinə düşüb. 29 yaşlı futbolçu ilə həmçinin Rusiyanın "Ural", "Yenisey" və "Krılya Sovetov" klubları da maraqlıdı.
Kristian Paskuato özü də Moskvada yaşamaq istəyir. O, italiyalı mütəxəssis Massimo Karreranın rəhbərlik etdiyi "Spartak"a keçmək arzusunda olduğunu bildirib.
Qeyd edək ki, Kristian Paskuato karyerası ərzində İtaliyanın "Yuventus", "Empoli", "Triestina", "Modena", "Leççe", "Torino", "Udineze", "Bolonya", "Padova", "Peskara", "Livorno", Rusiyanın "Krılya Sovetov" və Polşanın "Legiya" klublarında çıxış edib.
Fanat.Az