"Sumqayıt”da baxışda olmuş Azərbaycan əsilli rusiyalı futbolçu Sərdar Sərdarovun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu Polşanın "Krakoviya” klubu ilə müqavilə bağlayıb. O, 1+1 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, "Sumqayıt” Sərdarovla şəxsi müqaviləni razılaşdırsa da, müqavilə üzrə məxsus olduğu Rusiya "Yenisey”inin tələb etdiyi məbləği ödəyə bilməyib. "Yenisey”in 150 min avro borclu olduğu futbolçu klubdan maaşını almağa çalışırdı. Ruslar isə pulu verə bilmir, əvəzində Sərdarı sərbəst buraxmağa razılaşmışdı.
Fanat.Az