Almaniya Kubokunda yeni mövsümə start verilib.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" ilk təsnifat mərhələsindən mübarizəyə başlayıb və doğma meydanda "Maynts 05”lə qarşılaşıb.
Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb və "Aue" kubokda mübarizəni dayandırıb.
Nazarov bu görüşün iştirakçısı olub. Yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
Fanat.Az