"Mən sağ-salamatam. Sadəcə, bəzi problemlər oldu ki, bu səbəbdən indi futbolu düşünəcək vəziyyətdə deyiləm".
Fanat.Az xəbər verir ki, bu sözləri bir neçə gün öncə şəxsi işləri ilə əlaqədar "Astana”dan ayrılan Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis sports.kz-ya açıqlamasında yenidən "Astana”ya qayıdacağını bildirib: "Müəyyən müddətdən sonra, əlbəttə ki, "Astana”ya qayıdacağam".
Qeyd edək ki, klubun mətbuat xidməti "Qəbələ"nin sabiq baş məşqçisinin müvəqqəti olaraq postunu tərk etdiyini açıqlayıb. O, şəxsi məsələlər səbəbindən müvəqqəti olaraq komandadan ayrılmalı olub. Klub rəhbərliyinə müraciət ünvanlayan mütəxəssis müvəqqəti olaraq köməkçisi Qriqoriy Babayanın onu əvəz etməsini xahiş edib.
Fanat.Az