"Qarabağ" "Neftçi" ilə keçirəcəyi Topaz Premyer Liqasının III tur matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyib.
İyunun 25-də nəzərdə tutulan qarşılaşmanın günündə dəyişiklik ediləcək. Bu isə Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif" ilə ilk oyunun iyunun 23-də keçiriləcəyi ilə əlaqədardır. Tiraspoldakı görüşün ardından "Qarabağ"ın Bakıya qayıdaraq, oyuna hazırlaşması üçün az vaxtı qalacaq. Cavab qarşılaşması avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
"Neftçi" ilə çempionat matçının avqustun 26-da və ya 27-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında Belarus BATE-si ilə III təsnifat mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Premyer Liqanın ilk turunda "Zirə" ilə oyununu təxirə saldırıb. (Report)
Fanat.Az