Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ”ın qarşılaşacağı "Şerif”lə matçın biletləri artıq bu gündən satışa çıxarılıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır. Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, 28 Mall-da, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Qeyd edək ki, "Qarabağ” - "Şerif" matçı avqustun 30-u saat 21:00-da start götürəcək.
Fanat.Az