“Araz” “Neftçi”nin qapıçısı Emil Balayevi rənglərinə bağlayıb. Fanataz xəbər verir ki, dünən baş tutan danışıqlardan sonra Emil Naxçıvan təmsilçisinin şərəfini qorumağa razılıq verib.
Qeyd edək ki, 1,87 metr boya sahib olan 19 yaşlı əlcək sahibi “Neftçi” klubunun yetirməsidi. 2011-2012-ci illərdə icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyub. 21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü olan gənc qolkiper 4 dəfə millidə “çərçivə” qorumaq şansı qazanıb.
Futbol11.az