Öz meydanında "Qarabağ”ı 1:0 hesabıyla yenən "Şerif”in Avroliqanın pley-off mərhələsinin ikinci matçında Bakıda 3 cavabsız qol yeməsi Tiraspol təmsilçisinin azarkeşlərini hiddətləndirib.
Fanat.Az xəbər verir ki, fanatlar ölkənin ana idman portalında - "moldfootball.com”da baş məşqçi Qoran Sabliçi təhqir etməyi də özlərinə borc biliblər. Gənc mütəxəssisin darmadağının ardından qatıldığı mətbuat konfransında səsləndirdiyi fikirlərdən qəzəblənən tərəfdarların yazdığı bəzi şərhləri təqdim edirik:
· Başqan, bu klonu rədd elə. 0:3 öz yerində, işində saxlasan, komandanı itirəcəksən.
· Sürüş evinizə, idman müəllimi.
· Sən Bordin deyilsən, heç-heçəyə oynayasan... Müdafiə olunmaqla nə etmək istəyirdin? Birinci topu buraxandan sonra da, ikinci qolu "yeyəndən” sonra da... Belə çıxır ki, məşqçi sona qədər müdafiə olunmaq tapşırığı veribmiş.
Fanat.Az