"Qarabağ"ın Avropa Liqasının qrupuna vəsiqə qazanmaqla əldə etdiyi məbləğ müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Şerif"i mübarizədən kənarlaşdıraraq həlledici mərhələyə vəsiqə əldə edən Azərbaycan çempionu 2 milyon 920 min avro (5 milyon 799 min 828 manat) qazanıb.
"Qarabağ" bu məbləği artıa bilər. Belə ki, qrupda hər qələbəyə görə 570, heç-heçəyə görə isə 190 min avro mükafat verilir.
Fanat.Az