Rusiyanın "Krılya Sovetov" klubundan ayrılan Azər Əliyevin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı hücumçu başqa bir Rusiya klubuna - "Ufa"ya keçib.
Qeyd edək ki, Azər Əliyev "Krılya Sovetov"la müqaviləsini qarşılıqlı razılıq əsasında pozuv. O, Samara təmsilçisinin heyətində 40 oyuna 5 qol vurub. "Krılya Sovetov" bundan əvvəl millimizin üzvü Ramil Şeydayevi transfer edib.
Onu da qeyd edək ki, Rusiya Premyer Liqasında çıxış edən "Ufa" cari mövsümün 5 turunda 4 xal toplayaraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Fanat.Az