İngiltərənin "Arsenal" klubunun qapıçsı Bernd Leno Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Almaniya millisinin üzvü "DÇ-2018"in millimizlə seçmə mərhələ oyununu xatırlayıb. Qolkiper bildirib ki, azərbaycanlı azarkeşlər çox çılğındı:
"Orda meydan yaxşı vəziyyətdə, azarkeşlər də çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər oldu. Portuqaliyanın "Sportinq" klubu yaxşı bir stadiona malikdi. Amma digər komandaların oyunçularının çoxunu tanımıram. Ancaq maraqlı oyunlar olacaq".
Qeyd edək ki, Bernd Leno "DÇ-2018"in seçmə mərhələsində millimizlə hər iki oyunda meydanda olub. Almanlar Bakıdakı qarşılaşmada 4:1, Kayzerslauterndəki görüşdə 5:1 hesablı qələbə qazanıb. Millimizin üzvülərindən Dmitri Nazarov və Ramil Şeydayev Bernd Lenonun qoruduğu qapıya yol tapa bilib.
Fanat.Az