Türkiyənin 1-ci liqasında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Gənclərbirliyi” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Osmanlıspor” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
4 tura 12 xal yığan "Gənclərbirliyi” 18 iştirakçı arasında 1-ci pillədədi.
Fanat.Az