"Arsenal”ın baş məşqçisi Unai Emeri komandanın erməni yarımmüdafiəçisi Henrix Mxitaryanı Bakıya gətirməyə ümid etdiyini söyləyib.
Fanat.Az "FOX Sports”a istinadən xəbər verir ki, "Qarabağ”ın Avroliqanın E qrupundakı rəqiblərindən olan London komandasının çalışdırıcısı belə deyib: "İnanmaq istərdim ki, o, bizimlə gedə biləcək. Bu problemin həll yolu varsa, yoluna qoymaq əla olardı. Henrixin özüylə bu haqda danışmamışam. Amma UEFA-ya məsələ ilə bağlı mövqeyimi bildirmişəm”.
Qeyd edək ki, "Arsenal” oktyabrın 4-də Bakıda "Qarabağ”ın qonağı olacaq.
Fanat.Az