UEFA ölkəmizi qitənin ən nüfuzlu futzal turnirində təmsil edəcək “Araz”la bağlı kobud səhvə yol verilib. Fanat.az, xəbər verir ki, ali futbol qurumunun rəsmi saytı ciddi xətayla diqqət çəkib.
“Araz” İmişli klubu kimi təqdim olunub. Naxçıvanlılar tarixin yaddaşına köçmüş “MKT-Araz”la dəyişik salınıb. UEFA-nın İmişli təmsilçisinin loqosunu nümayiş etdirdiyini də diqqətinizə çatdıraq.
Fanat.az