İsveç çempionatında 20-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Elfsborq” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Emin bu görüşün iştirakçısı olmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.
"Kalmar” hazırda 27 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Fanat.Az