"Qarabağ”ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin BNT telekanalına müsahibə verib.
Fanat.Az 24 yaşlı futbolçunun müsahibəsini ixtisarla təqdim edir:
- Bu yay
karyeranızda yeni səhifə açdınız. Niyə məhz "Qarabağ"ı seçdiniz?
- Düzü, bu, çox düşünülmüş və riskli
addım idi. Avropa Liqasında qrupa düşməsəydik, bu, elə də uğurlu keçid
olmayacaqdı. Amma mən Avropada oynamaq və Simeon Slavçevin kim olduğunu
göstərmək üçün bu riskə getdim.
- Bu komandada özünüzü necə hiss edirsiniz? Onlar sizi
yaxşı qarşıladılar?
- Başlanğıc çox ümidverici oldu. "Qarabağ"da xoşbəxtəm. Deyə bilərəm
ki, tam istədiyim yerə getmişəm. Çünki sabit oynayıram. Komandada yaxşı
futbolçular var. Onlarla birlikdə Avropa Liqasının qrup mərhələsində
"Sportinq"ə qarşı layiqli oyun göstərmək istəyirəm. Bu, mənim əsas
hədəfimdir. Həqiqən "Sportinq"lə düşməyi arzulayırdım.
- "Sportinq"də qalmağınıza nə mane oldu?
- Hazırda klubda xaos hökm sürür. Vaxtında mənim gələcəyim və oyunçu
keyfiyyətlərimlə bağlı yanlış qərarlar verildi. Azarkeşlərə necə futbolçu
olduğumu göstərmək şansı vermədilər. Razılığım olmadan haqqımda
verilən qərarlar özümü sübut etməyimə mane oldu. Halbuki hər zaman
"Sportinq"də oynamaq üçün yaxşı futbolçu olduğumu düşünmüşəm. İndi isə
özümü göstərmək üçün əlimə əla fürsət düşüb.
- Bu mənada "Liteks"dən
"Sportinq"ə keçdiyinizə görə təəssüflənirsiniz?
- Bu müddət ərzində çox şey öyrəndim. Ona görə də düşünürəm ki, heç nəyə görə
təəssüflənməli deyiləm. Düzdür, "Liteks"də qalmaqla bir az da inkişaf
edib, daha fərqli yerlərdə ola, Bolqarıstan futbolunda daha dərin iz buraxa
bilərdim. Öz güclü tərəflərimə və imkanlarıma yaxşı bələd idim. Ancaq hələ 24
yaşım var, bundan sonra çox şey etməliyəm.
Fanat.Az