"Qarabağ”ın köhnə - yeni hücumçusu İnnosent Emeqara bu yay Ağdam təmsilçisinə keçməmişdən öncə Azərbaycan və Qazaxıstan klublarına təklif olunub.
Fanat.Az-ın məlumatına görə, "Astana”nın istəmədiyi forvard Premyer Liqamızın debütantı "Sabah”da da oynamağa razı imiş. Lakin ön xətt oyunçusunun istədiyi aylıq məvacib Bakı təmsilçisinin büdcəsinə uyğun olmayıb. "Ayda 12 min dollar versələr, "Sabah”la müqavilə bağlamağa hazıram” deyən Emeqaranın istəyini yerinə yetirə bilməyən bakılılar ondan əl çəkib və futbolçunun üzünə qapılarını "Qarabağ” açıb.
Fanat.Az