"Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, məşqlərini Bakıda gerçəkləşdirən "qırmızı-qaralar” daha bir yoxlama oyunu keçirəcək .
Sənan Qurbanovun baş məşqçisi olduğu komanda "Zirə” ilə qarşılaşacaq. Qəsəbə təmsilçisi ilə matç sentyabrın 8-də keçiriləcək. Bu oyunun keçiriləcəyi arena yaxın günlərdə dəqiqləşəcək.
Xatırladaq ki, "Qəbələ”nin hazırlıqlarında milli komandalara çağırılan futbolçular iştirak etmir.
Fanat.Az