09:41 06.09.2018 1559

Ayaz Quliyev: "Gəlinə toyunadək toxunmaq olmaz"

"Əslim Azərbaycanın Lənkəran şəhəri və Masallı rayonunun Boradigah qəsəbəsindəndir. Atam hərbi xidmətdən sonra - 20 yaşında Moskvaya gəlib və orada anamla tanış olub. Mən də Moskvada doğulmuşam. Əlbəttə, həmin vaxtlar ölkənin hər yerində gərgin vəziyyət idi. Bu səbəbdən, atam işləyərək, belə şəraitdə ailəni dolandırmalı olub".

 

 

Fanat.Az xəbər verir ki, bunu Rusiya "Rostov"unun futbolçusu Ayaz Quliyev klubun jurnalına müsahibəsində deyib. 22 yaşlı yarımmüdafiəçi ata yurdunda uşaq ikən olduğunu bildirib: "Sonradan isə atamın məzuniyyəti ilə üst-üstə düşmədiyi üçün Azərbaycana yollana bilmədim. İndi əksinə, daha çox qohumlarımız bizə gəlir".

 

 

Quliyev Azərbaycanda futbolun vəziyyəti barədə də danışıb: "Xəzər Lənkəran" adlı klub var. Əvvəllər yaxşı maliyyəsi olub. O regionda futbolu çox sevirlər. Bütün qohumlarım futbola baxır və mənə azarkeşlik edirlər".

 

 

"Spartak" klubunun məktəbinə 5 yaşından yazıldığını deyən futbolçu həmin vaxt özündən bir yaş böyük uşaqların olduğu komandada məşq etdiyini söyləyib. O, seçimin "qırmızı-qaralar" üzərində edilməsini bu klubun yetirmələrinin bütün komandalarda yer almaları ilə əlaqələndirib: "Görünür, atam bunu bilirdi. Həm də ola bilsin, bu, onun "Spartak"a azarkeşlik etməsindən irəli gəlirdi. Məşqlərin birində mənə dedilər ki, klub prezidenti Leonid Feduna yaxınlaş və onunla şəkil çəkdir. Mən Fedunu ilk dəfə orada gördüm. Hətta bir qədər həyəcanlandım. "Spartak" akademiyasında çalışdığım vaxt Moskvadakı evimizdə qalırdım. Akademiyada yalnız başqa yerlərdən gələnlər yaşayırdı. Evdə qalmağım mənə kömək etdi. Həmin vaxt bu barədə düşünmürdüm, amma illər sonra anlamaqdayam. Hər zaman valideynlərimlə nədənsə danışır, onların qayğısını hiss edirdim. Bütün ailəm futbolla yaşayır. Hətta nənəm və babam da..."

 

Quliyev bildirib ki, futbolla məşğul olmasaydı, təkbətək mübarizəli idman növlərinə yazılardı: "Peşəkar səviyyədə olmasa belə, hər halda... Güləş bölmələrinə getməyə vaxtım yox idi. Çünki futbolu daha öncədən seçmişdim. Səhərlər məktəbə, axşamlar məşqə üz tuturdum. Böyük və kiçik qardaşlarım təkmübarizəli növlərlə məşğul olurlar. Buna görə də əvvəllər onlarla sınaq görüşləri keçirirdim. Həmin vaxt yeganə xahişim o idi ki, ayağıma zərbə endirməsinlər. Çünki futbolla məşğul oluram. Ümumilikdə isə döyüşlərimiz çox ciddi alınırdı. Heç birimiz təslim olmaq istəmirdik".

 

 

Daha öncə icarə əsasında "Anji"nin formasını geyinmiş futbolçu yüngül çəkidə UFC çempionu, dağıstanlı Həbib Nurmaqomedova oxşadılmasına yaxşı münasibət bəslədiyini də vurğulayıb: "Həbib ləyaqətli insandır. Onunla müqayisə olunmaq mənə xoşdur. Çünki o, təkcə böyük döyüşçü deyil, şəxsi keyfiyyətləri ilə də fərqlənir. Həbibin istənilən döyüşünü maraqla gözləyirəm. İstər kəmər uğrunda, istərsə də qarşıdakı döyüşləri olsun, fərq etməz. Nurmaqomedova qələbələr arzulayıram. O, özünə əmindir, Konor Makqreqorla döyüşü ərəfəsində heç nədən ehtiyatlanmır. Məğlubedilməz döyüşçü kimi qalacağına əminəm".

 

 

Daha sonra gənc futbolçu musiqi və yemək zövqündən danışıb. O, türk və çeçen mahnılarını dinləməyi və daha çox ət yeməklərini sevdiyini söyləyib: "Müğənnilərdən çeçen ifaçı Məkkə Mejiyevanın mahnılarını bəyənirəm. Çeçen mətbəxindən götürsək, çapilqaş və jijiq qalnaşı, Dağıstan mətbəxindən xəngəli məsləhət görərdim. Lakin hamıdan çox şərq şirniyyatlarını sevirəm. Xüsusən, türk və Azərbaycan şirniyyatlarını. Məsələn, şəkərbura və paxlavanı... Bibilərim mənə həmişə Azərbaycandan belə yeməklər göndərirlər. Boş vaxtlarımda halal ətdən yeməklərin verildiyi restoranlara üz tuturam".


 

Qışda evlənməyi planlaşdıran Quliyev toyundan dərhal sonra həyat yoldaşı ilə birgə Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yollanmaq istədiyini açıqlayıb: "Məkkədə olmaq hər bir müsəlman üçün vacibdir. Gəlin qaçırmağa dində qadağa var. Gəlinə toyunadək toxunmaq əsla olmaz. Hər şeyi İslam qanunları ilə etməyə çalışmışam. Evləndikdən sonra həyat yoldaşımı Rostova gətirməyi planlaşdırmışam. Necə ola bilər ki, evlənim və həyat yoldaşımı tək qoyum?" (sportnet.az)

 

 

Qeyd edək ki, hazırda Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alır. Onun Azərbaycan millisində oynaması da gündəmdədir.

 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X