"Millətlər Liqası uğurlu layihədi. Burda oynamaqla həm şansımız artır, həm də təcrübə toplayırıq”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın və Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçev deyib.
"Qarabağ"a yay transfer dönəmində "Sportinq"dən keçən 24 yaşlı futbolçu Millətlər Liqasında bu gün Sloveniyaya qarşı keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb:
"Üzümüzü güldürəcək nəticəyə ümid edirik. Komandamızın yaxşı heyəti var. İndi klubumda daha çox oynayıram. Özümə inanıram. "Qarabağ"da olduğu kimi, millidə də qarşıma yüksək hədəflər qoymuşam".
Fanat.Az