Almaniyanın "Proyssen” klubu Vestfaliya Kubokunda növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçuRüfət Dadaşovun şərəfini qoruduğu klub turnirin ikinci mərhələsində "Bryunninqhauzen”lə üz-üzə gəlib.
Görüş Rüfətin komandasının 4:0 hesablı qələbəsi ilə bitib. Matça start "11-lik”də başlayan Dadaşov 32 və 45-ci dəqiqələrdə fərqlənərək darmadağına dublla töhfə verib.
Ancaq Berti Foqts dönəmində yığmaya müntəzəm dəvət alan forvard oyunun gedişində zədələnib. Xoşbəxtlikdən bu gün tibbi müayinədən keçən futbolçunun zədəsinin elə də ciddi olmadığı aşkarlanıb.
Fanat.Az