UEFA Millətlər Liqasında sentyabr-noyabr aylarında qrup oyunlarının keçiriləcəyi şəhər və stadionlar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu stadionlar arasında tutumuna görə ən böyüyü İngiltərə yığmasının ev oyunlarını keçirəcəyi 87 min yerlik "Uembli” stadionudu.
Dünya çempionu Fransanın ev qarşılaşmaları isə 80698 tamaşaçı qəbul edə bilən "Stade de France”da olacaq. Bir oyununu Bolonyada keçirəcək İtaliya komandası ikinci ev matçını Milanda, "San Siro" kimi daha çox tanınan, 80018 yerlik "Giuseppe Meazza” stadionunda oynayacaq. Almanlar da bir oyunu Münhendəki 70 minlik "Allianz Arena”da keçirəcəklər.
Millətlər Liqası qarşılaşmalarının keçiriləcəyi ən böyük məkanlar arasında "Bakı Olimpiya Stadionu” da var. BOS aşağıdakı cədvələ görə ən böyük stadionlar arasında 6-cı yerdədi.
Fanat.Az