15:44 12.09.2018 1222

Avrokubok təmsilçimiz problemlə üzləşdi

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək Sumqayıtın "Uğur" komandası bəzi problemlərlə üzləşib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Qəzənfər Abbasov məlumat verib. Onun sözlərinə görə, heyətə yeni oyunçuların cəlb edilməsi baxımından çətinliklər mövcuddur: "Əsasnaməyə görə, Region Kubokunda həvəskar səviyyədə 2 il oynamış futbolçu çıxış edə bilər. Bu səbəbdən, komandaya yeni futbolçuların cəlb edilməsi bir az çətindir. Ötən mövsüm bizimlə olan oyunçularla davam edəcəyik. Əlavə olaraq, digər klublardan da bir neçə nəfər cəlb etməyi düşünürük. Legioner gətirməyə isə maddi imkanımız yetərli deyil. Ola bilər ki, Azərbaycanda təhsil alan və ya işləyən həvəskar futbolçuya rastlayaq. Bax, eləsini götürə bilərik".

35 yaşlı mütəxəssis bildirib ki, hazırda "Uğur" klub prezidenti Vasif Maşayevin şəxsi vəsaiti hesabına fəaliyyət göstərir: "Maşayev artıq 3-cü mövsümdür komandamıza dəstək verir. 2016/2017 mövsümündə ilk dəfə qatıldığımız Həvəskarlar Liqasının və kubokunun, ötən mövsüm isə Region Liqasının qalibi olmuşuq. Özü də bunu heç bir oyunda uduzmamaqla bacarmışıq. Yəni, komanda yarandığı 2016-cı ildən rəsmi matçlarda məğlub olmayıb”.

Qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi yarışa qatılan Sumqayıt təmsilçisi Ukraynanın "Lvov Region”, İspaniyanın "Kastilya-i-Leon” və Finlandiyanın "Qərb Rayon Komandası" ilə birgə VI qrupda yer alıb. Oyunlar Lvov şəhərində keçiriləcək. Təqvimə əsasən, ilk matçını oktyabrın 2-də meydan sahiblərinə qarşı keçirəcək "Uğur" oktyabrın 5-də İspaniya, 3 gün sonra isə Finlandiya təmsilçisi ilə qarşılaşacaq.

Baş məşqçi qrupdakı rəqiblər haqda məlumat toplamağa çalışdıqlarını vurğulayıb: "Kastilya-i-Leon” 2009-cu ildə Region Kubokunun qalibi olub. Bu, o deməkdir ki, komanda neçə ildir bu səviyyədə çıxış edir. Ukrayna və Finlandiya komandaları da zəif deyillər. Rəqiblər haqda mümkün qədər məlumat toplamağa çalışacağıq. Klubumuz yeni yaranıb, elə də böyük təcrübəyə malik deyilik. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik". 

"Uğur”un avqustun 12-dən hazırlıq prosesinə başladığını deyən Abbasov hazırda Abşeron Olimpiya Kompeksinin stadionunda məşq etdiklərini söyləyib: "Hazırda "Kapital Bank Arena” təmirdədir. Mehdi Hüseynzadə adına şəhər stadionunda isə "Sumqayıt”ın əsas və əvəzedici komandaları məşq edir. Yarışda oyunlarımız 3 gündən bir olacağı üçün burada eyni intervalla yoxlama matçlarında qüvvəmizi sınayırıq. Təxminən, 10-a yaxın görüşümüz olub. Heyətimizdə əvvələr peşəkar səviyyədə çıxış etmiş Elnur Abdulov, Ruslan Poladov, Mikayıl Rəhimov kimi futbolçular yer alıb”.

Qeyd edək ki, 1966-cı ildə təsis olunan və 1999-cu ildən Region Kuboku adı altında keçirilən yarış iki ildə bir dəfə mini-turnir formatında qrupda yer alan komandalardan birinin təmsilçisi olduğu ölkədə keçirilir. 8 qrupda 1-ci yeri tutan kollektivlər 2019-cu ilin iyulunda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar. Yarışda 19 – 40 yaşlı futbolçular iştirak edə bilərlər.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

Facebookdan bizi izləməyi unutmayın.
X