"Arsenal"ın 4 futbolçusu Bakıdakı görüşdə "Qarabağ”a qarşı oynamayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı London klubunun saytı yayıb.
Belə ki, müdafiəçisi Sead Kolaşinaç və yarımmüdafiəçisi Enzl Meytlend-Naylz oktyabrın əvvəlində çalışmalara start verə biləcək. Müdafiəçilər - Karl Cenkinsonla Loran Koselni isə noyabrda hazırlıqlara qoşulacaq.
Qeyd edək ki, "Qarabağ" - "Arsenal" görüşü oktyabrın 4-də keçiriləcək.
Fanat.Az