16:49 14.09.2018 2326

Məşhur boksçunu güllələyən azərbaycanlı kriminal avtoritet məhkəmə qarşısında - VİDEO

Məşhur Boksçu Sergey Laşenkonun qətlində ittiham olunan "Qoca Babaş” ləqəbi ilə tanınan Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

Fanat.Az yenicag.az-a istinadən xəbər verir ki, məhkum noyabrın 16-a kimi istintaq təcridxanasında saxlanılacaq.

Zərərçəkmişin qanuni nümayəndəsi Marina Laşenko məhkəməyə bildirib ki, Babək Həsənov tərəfindən tərcüməçiyə və ailəsinə təzyiqlər olduğundan yenə prosesə gəlməyib:

"Həsənov tərcüməçini hədələyir. Tərcüməçi də özünün və ailəsinin həyatı üçün ehtiyat edir. Amma bunu açıq şəkildə bildirmək istəmir”.

Babək Həsənov isə səsləndirilən fikirləri iftira adlandırıb. O, faktın sübut edilməsini tələb edib.

Maraqlıdır ki, zərərçəkənin vəkili Yuliya Qavrulyuk da məhkəmə iclasına qatılmayıb. Marina Laşenko Həsənov tərəfindən hədələnənən vəkilinin vəsatətini məhkəmənin diqqətinə çatdırıb. Vəkil vəsatətində onun və ailəsinin hədələndiyini, Ukrayna dilini tərcüməçidən yaxşı bilməsini dediyini, ona qarşı çıxanların üstünə kislota tökəcəyi haqda auido yazıların cinayət işinə əlavə olunmasını xahiş edib. Zərərçəkmişin vəkili məhkəmədə iştirak etmədiyinə görə, proses sentyabrın 21-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Sergey Laşenko 8 aprel 2015-ci ildə gecə saatlarında qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən Babək Həsənov istintaqdan qaçdığına görə barəsində beynəlxalq axtarış verilib. Rusiya ərazisində saxlanılan "Qoca Babaş” Odessaya ekstradisiya olunub. Ötən il onun barəsində həbs qətimkan tədbiri seçilib. Artıq 9 aydır ki, məhkəmə işi təxirə salınır. Buna səbəb isə təqsirləndirilən şəxsin daimi tərcüməçisinin olmamasıdır.

Xatırladaq ki, 27 yaşlı Sergey Laşenko aprelin 8-də Odessanın mərkəzindəki yahudi xəstəxanasında güllələnib. Həmin vaxt sözügedən xəstəxanaya 3 yaralı şəxs gətirilib. Onlara tibbi xidmət göstərilən zaman "razborka”nı xəstəxanada çürütmək istəyən şəxs hamının gözü qarşısında tapançadan boksçuya 8 əl atəş açıb. Nəticədə Laşenko ölüb, ona hücum çəkənlər isə qaçıblar.

Qeyd edək ki, "Qoca Babaş” ləqəbi ilə tanınan kriminal avroritetin azərbaycanlı "qanuni oğru” Nadir Səlifova (Lotu Quli) yaxın şəxslərdən olduğu bildirilir.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X