"Qarabağ” – "Sumqayıt” oyununu ağdamlıların Avroliqadakı rəqiblərindən olan "Sportinq”in məşqçisi stadiondan izləyib.
Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində bu gün baş tutan və meydan sahiblərinin 1:0 hesablı zəfəri ilə bitən qarşılaşmaya Vitor Peseyro "Azersun Arena”da baxıb.
Qeyd edək ki, Lissabon təmsilçisi Ağdam komandasını sentyabrın 20-də qəbul edəcək.
Fanat.Az