Bu gün Azərbaycan Kubokunun 1/16 final mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, “Araz-Naxçıvan” öz meydanında “Ağsu”nu qəbul edib.
Oyunda yeganə qol 108-ci dəqiqədə vurulub.Çobanov fərqlənərək "Araz-Naxçıvan"ı növbəti mərhələyə daşıyıb.
Muxtar Respublika təmsilçisi 1/8 finalda “Simurq”lamünasibətlərinə aydınlıqgətirəcək.
Xatırladaq ki, ötən həftə Şuşa - Şahdağ (4:2), MOİK - Qaradağ-Lökbatan (1:3), Mil-Muğan - Lokomotiv (4:2) matçları keçirilmişdi.
Fanat.az