Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin bir neçə gün öncə müqavilə imzaladığı "Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Azər bu görüşün iştirakçısı olmayıb. O, bu matçın sonunadək ehtiyatda qalıb.
"Ufa” 7 turdan sonra 4 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
Fanat.Az