Latviya Birinci Liqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi "Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Rejeknes”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:2. Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov bu oyunda da fərqlənməyi bacarıb. O, matçın 36-cı dəqiqəsində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 23-ə çatdırıb.
"Dauqavpils” 17 turdan sonra 43 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.
Fanat.Az