Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Tula "Arsenal”ı ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb - 0:4. Ramil sonadək ehtiyatda qalıb.
7 tura 7 xal yığan "Krılya Sovetov” 16 iştirakçı arasında 12-ci pillədədi.
Fanat.Az