Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Sabah” – "Qəbələ” (1:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, debütant komandanın çalışdırıcısı qələbəni dəyərləndirib:
"Bizim qələbə istəyimiz daha çox idi. Azlıqda qalsaq da, qələbə hesabını qoruya bildik. Buna görə uşaqlara təşəkkür edirəm. Oyunun sonları gərgin alındı. Rəqib təzyiq edirdi. Bəlkə də bəxtimiz gətirdi. Fasilədən sonra niyə qapandıq? Fiziki problemlərlə, "çatdırmamaq”la bağlı deyil. Yeni komandayıq. Hesabda irəlidə olanda azlıqda qaldıq. Belə vəziyyətlərdə necə oynamalı olduğumuzu bilmək üçün zaman lazımdı”.
Fanat.Az