Azərbaycan əsilli rusiyalı biznesmen, “Krokus” kompaniyasının rəhbəri Araz Ağalarovun Türkiyənin “Fenerbahçe” klubuna sponsorluq edəcəyi haqda məlumatlar yayıldığını yazmışdıq. Fanat.az xəbər verir ki, iş adamı bu informasiyaların həqiqəti əks etdirmədiyini deyib:
"Xeyr, bu, həqiqət deyil. Hətta bu mövzuda düşünməmişəm və belə bir alış etməyə hazırlaşmırdım. Məlumatın hardan yayıldığına şərh verməyə çətinlik çəkirəm. Mən iki komandanın sponsoruyam: futbol klubu “Dinamo” və otüstü xokkey komandası Krasnoqorsk “Zorki”sinin. Bu yükü çətinliklə çəkirəm və başqa nə isə almağı planlaşdırmıram".
Fanat.az