Fanat.Az xəbər verir ki, millimizin üzvü qolu ailəsinə həsr etdiyini bildirib:
"İlk qolumu vurduğum üçün xoşbəxtəm. Bu qolu komanda yoldaşlarıma, azarkeşlərimizə və əlbəttə, bu gün səhər Qazaxıstana gələn ailəmə həsr etmək istərdim. Təbii ki, qol vurmaq bütün oyunçular kimi mənim də xoşuma gəlir. Lakin mən qarşıma çoxlu qol vurmaq hədəfi qoymuram. Komandama oyunumla kömək etmək istəyirəm. Bunu qollarımla edə bilsəm, ikiqat xoşbəxt olaram. Lakin bu, meydanda olduğum vaxt komanda yoldaşıma ötürmə verməyimə heç vaxt mane olmayacaq".
Qeyd edək ki, Riçard Almeyda "Astana"mın Qazaxıstan Premyer Liqasının XXVII turunda ”Akjayık"ı səfərdə 2:1 hesabı ilə məğlub etdiyi matçın 23-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib.
Fanat.Az