"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Arsenal" daha bir itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, London təmsilçisi yunan müdafiəçi Sokratis Papastatopulosun xidmətindən məhrum olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Papastatopulos "Everton”a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqa oyununda zədə alıb. Onun yaşıl meydanlara nə vaxt dönəcəyi bu gün keçiriləcək tibbi müayinədən sonra bilinəcək.
Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-də "Arsenal”a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
Fanat.Az