10:12 01.11.2013 871

“Neftçi” – “Xəzər Lənkəran” - müqayisə

 

Sabah baş tutacaq “böyük oyun”da qonaq azarkeşlərin iştirakına məlum səbəbdən yasaq qoyulsa da, əzəli rəqiblərin duelinin nəfəsləri kəsəcəyi şübhə doğurmur. Superkubokda azlıqda qalmasına rəğmən, “ağ-qaralar”ı üstələyən “gəmiçilər” paytaxt səfərindən əliboş dönməyi ağlından keçirmirsə, birinci dövrədə Lənkəranda qolsuz bərabərliyə razılaşan flaqman da yeni baş məşqçisi Nazim Süleymanovla zəfərə köklənib. Əlbəttə, matçın hansı hesabla bitəcəyini 90 dəqiqənin bitimində biləcəyik. Hələ ki, mövqelər üzrə müqayisə aparıb müəyyən nəticələrə gəlmək, kimin güclü olduğunu ortaya qoymaq olar.

 

Qapı

 

Yayda transfer olunan Pavel Doroşevə “Neftçi”nin formasında çempionatda debüt imkanı verməyən Saşa Stamenkoviç 11 turun hamısında “çərçivə”ni qoruyub. Saşa cəmi 7 dəfə topu tordan çıxarıb ki, bu baxımdan da komandası yalnız “Qarabağ”a (4) uduzur. Düzdü, “ağ-yaşıllar” bu qolkiperi Naxçıvandakı superkubok görüşündə 2 dəfə məyus etməyi bacarıb. Ancaq Lənkərandakı çempionat matçında Stamenkoviçin qapısını “quru” saxlaması faktdı. “Futbol+”in geridə qalan turlarda çıxışını yüksək qiymətləndirdiyi 5 qolkiperdən biri serb əlcək sahibidisə, (11 görüşdə aldığı orta qiymət 5,50-di) 13 qol “yeyən” “Xəzər Lənkəran”ın qapıçıları bu siyahıda ümumiyyətlə yoxdu. Nə Orxan Sadıqlı yaxşılar sırasına düşüb, nə də Duqlas Leyte. Bir sözlə, “Neftçi”nin qapısı daha etibarlı əllərdədi – 1:0.

 

Biri Skarduellisiz, biri Kardososuz

 

Müdafiənin etibarlılığı buraxılan topların sayı ilə ölçülürsə, 6 top az buraxan “Neftçi” bu göstəricidə də cənubluları üstələyir. Superkubok oyununda beyni silkələnən Karlos Kardoso bakılıların əsas heyət oyunçusu sayılır və onun prinsipial görüşdə oynaması itki sayılacaq. Hərçənd, “sambaçı”nın mövqeyində oynatmaq üçün İqor Mitreski var. Makedoniyalı “Simurq”la çempionat matçında çıxış edib və oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq, özünü yaxşı tərəfdən göstərib. “Xəzər Lənkəran”ın bugünkü məşqini yarımçıq tərk edən Vanderson Skarduelli vacib qarşılaşmada forma geyməsə, Con Toşak əlavə problemin öhdəsindən gəlməli olacaq. Elnur Allahverdiyevi “Qəbələ”yə göndərən uelslinin “arxa cəbhə”də seçim imkanı geniş deyil – 2:0.

 

Orta xətt

 

“Xəzər Lənkəran”ın yarımmüdafiə xəttini zəif adlandırmaq olmaz. Son vaxtlar Ağabala Ramazanovla, Sadio Tounkara cinahlarda xoş təsir bağışlayır. Mərkəzdən qurulan hücumlar isə o qədər də təhlükəli alınmır. “Neftçi”nin “qanadlar”ında müntəzəm yer alan Araz Abdullayevlə Flavinyo daha sabit çıxışla diqqət çəkir. Hücum futboluna üstünlük verən Nazim Süleymanovun rəhbərliyi altında  “ağ-qaralar”ın hücumameyilli yarımmüdafiəçilərinin ön plana çıxacağını proqnozlaşdırmağa dəyər. Yarımmüdafiədən danışırıqsa, qol hazırlayıcılarını unuda bilmərik. Bakı təmsilçisinin orta xəttinin lideri Flavinyonun hesabında 4 məhsuldar ötürmə və qol varsa, lənkəranlıların qaradərili yarımmüdafiəçisi Tounkara 3 assistentlik etməyi bacarıb – 3:0.

 

Hücum

 

Buraxdığı toplardan 2 dəfə çox vuran (14) Süleymanovun komandası 9 qol sevinci yaşayan rəqibindən “dişlidi”.  Meydan sahiblərindən Bahodir Nasimov 4 dəfə fərqlənibsə, qonaqlardan Nildo eyni uğura imza atıb. Üstəlik, AZAL-ı bu yay “gəmiçilər”ə dəyişən forvard 1 məhsuldar ötürməylə də yadda qalıb. Ancaq Nildonun hazırda zədədən əziyyət çəkməsi və fərdi məşqlərlə kifayətlənməsi işləri korlayır. Zədə problemini geridə qoyan Etame Mbilla Toşakın güvən yeridi ki, o da premyer-liqada yalnız “Bakı”yla ev oyununda 2 qol vuraraq sözünü deyib. Superkubok uğrunda mübarizədə bakılılarıə cəzalandıran futbolçu artıq “böyük oyun”da qapıya yol tapmağın nə demək olduğunu bilir. Lakin Bahodirin əzəli rəqiblə görüş təcrübəsi daha çoxdu – 4:0.

 

Bu mövsümkü mübarizə

 

Bildiyiniz kimi, tərəflər cari mövsüm 2 dəfə üz-üzə gəlib. Çempionat matçı qolsuz bərabərliklə yekunlaşıbsa, Naxçıvanda 2:1 hesablı zəfərə sevinən bölgə komandası superkuboku muzeyinə aparıb. Deməli, “Xəzər-Lənkəran” şəxsi duellərdə öndədi – 4:1.

 

Baş məşqçilər

Toşak yetirmələrini “böyük oyun”a lazımınca kökləyə bildiyini sübuta yetirib. Onun rəhbərliyi altında lənkəranlılar oyun planında hər 3 görüşdə xoş təsir bağışlayıb. Ölkə kubokunun finalında oyunsonrası penaltilərlə uduzan kollektivin çalışdırıcısının həmin başıbəlalı görüş də daxil olmaqla, 3 matçlıq prinsipial qarşılaşma təcrübəsi varsa, Nazim bəy ilk imtahanını verəcək – 4:2.

 

“Futbol+”

 

 

 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X