İspaniya La Liqasında VI turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, lider "Barselona" səfərdə "Leqanes"ə 1:2 hesabı ilə uduzub. "Leqanes"in heyətində Nabil Əl-Zar və Oskar fərqlənib, "Barselona"nın qoluna Filipe Koutinyo imza atıb.
İkinci pillədə qərarlaşan "Real" isə səfərdə "Sevilya"ya 0:3 hesabı ilə yenilib. Matçda Andre Silva dubl edib, Vissam Ben Yedder bir qol vurub.
Qeyd edək ki, "Barselona" və "Real" 13 xalla La Liqanın tunir cədvəlinə başçılıq edir. "Sevilya" 10 xalla 4-cü, 4 xalla 17-ci pillədə qərarlaşıb.
Fanat.Az